Misli Premyer Liqasında II tura yekun vurulub

Misli Premyer Liqasında II tur başa çatıb.

SİA xəbər verir ki, son oyunda “Qəbələ” doğma meydanda “Zirə”ni qəbul edib.

Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşü İnqilab Məmmədov idarə edib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" səfərdə "İmişli" ilə qolsuz heç-heçə edib, "Qarabağ" evdə "Sumqayıt"a 0:1, "Kəpəz" "Karvan-Yexlax"a 2:3, “Şamaxı” “Sabah”a, “Turan Tovuz” “Araz-Naxçıvan”a 1:2 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə