"Neftçi" xorvatiyalı basketbolçu ilə anlaşıb

"Neftçi" basketbol komandası daha bir legionerin transferini rəsmiləşdirib. Bu barədə SİA-ya paytaxt təmsilçisindən məlumat verilib.

Xorvatiyalı oyunçu Toni Perkoviç növbəti mövsümdə komandanın formasını geyinəcək.

27 yaşlı müdafiəçi 2016–2019-ci illərdə Xorvatiyanın tanınmış "Cedevita" klubunda çıxış edib. O, həmçinin karyerası ərzində "Split" və "Orlean" klublarının uğurları üçün çalışıb. Son mövsümü isə İtaliyanın "Forli" klubunda keçirib.

Qeyd edək ki, Toni Perkoviç Xorvatiya millisinin heyətində də çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə