Azərbaycan klubu yerli basketbolçusu ilə müqavilənin müddətini uzadıb

FIBA Avropa Kubokunda iştirak edəcək "Abşeron Lions" basketbolçusu Azər İbrahimovla müqavilənin müddətini uzadıb. Bu barədə SİA-ya klubdan məlumat verilib.

Gənc oyunçu 2025/2026 mövsümündə də komandanın formasını geyinəcək.

Qeyd edək ki, Azər İbrahimov aşağı yaş qrupları üzrə Azərbaycan millisinin üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə