"Neftçi" serbiyalı basketbolçunu heyətinə qatıb

FIBA Avropa Kubokunda mübarizə aparacaq "Neftçi" basketbol komandası yeni legionerlə anlaşıb. Bu barədə SİA-ya paytaxt təmsilçisindən məlumat verilib.

Serbiyalı basketbolçu Stefan Keniçlə 1 illik müqavilə imzalanıb.

28 yaşlı hücumçu 2015/2016 mövsümündə Serbiyanın məşhur "Srvena Zvezda" klubunda çıxış edib. Basketbolçu peşəkar karyerasında 2023/2024 mövsümünü Polşanın "Arka" klubunda keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə