Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatına yekun vurulub.
SİA xəbər verir ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi mötəbər yarışda 1 dəst medal qazanıb. 90 xal toplayan yığma komanda hesabında dünya üçüncüsü olub. Komanda həm medalların sayına, həm əyarına, həm toplanan xallara, həm də sıralamadakı komanda mövqeyinə görə, son 3 ildə özünün ən yaxşı nəticəsinə imza atıb.
Xatırladaq ki, Azərbaycan millisinin heyətində Ayxan Cavadov (60 kiloqram) qızıl, Turan Daşdəmirov (55 kiloqram) gümüş, Fəraim Mustafayev (67 kiloqram) isə bürünc medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə