Bundesliqanın 2025-2026-cı il mövsümünün birinci turuna “Maynts 05” - “Köln” və “Mönxenqladbax” - “Hamburq” görüşləri ilə yekun vurulub.
SİA xəbər verir ki, ilk qarşılaşmada Maynts təmsilçisi minimal hesabla uduzub. Digər oyunda isə hesab açılmayıb.
Xatırladaq ki, Bundesliqanın açılış matçında “Bavariya” doğma meydanda “Leyptsiq”i 6:0 hesabı ilə darmadağın edib.
Digər görüşlərdə isə aşağıdakı nəticələr qeydə alınıb:
“Bayer Leverkuzen” - “Hoffenhaym” - 1:2
“Ayntraxt Frankfurt” - “Verder Bremen” - 4:1.
“Frayburq” - “Auqsburq” 1:3
“Haydenhaym” - “Volfsburq” - 1:3
“Union Berlin” - “Ştutqart” - 2:1.
“Borussiya Dortmund” - “St Pauli” - 3:3.
Bütün xəbərlər Facebook səhifəmizdə