Misli Premyer Liqası: "Araz-Naxçıvan" "Turan Tovuz"u məğlub edib

Futbol üzrə Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

SİA xəbər verir ki, "Turan Tovuz" "Azersun Arena"da "Araz-Naxçıvan"ı qəbul edib. Görüş Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün ilk matçında birinci turda "Qarabağ"la oyunu təxirə salınan "Sabah" səfərdə "Şamaxı"nın qonağı olub. Qarşılaşma Bakı klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" səfərdə "İmişli" ilə qolsuz heç-heçə edib, "Qarabağ" evdə "Sumqayıt"a 0:1, "Kəpəz" "Karvan-Yexlax"a 2:3 hesabı ilə uduzub. Tura avqustun 25-də keçiriləcək "Qəbələ" - "Zirə" matçı ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə