Futbol üzrə Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
SİA xəbər verir ki, ilk turda "Qarabağ"la oyunu təxirə salınan "Sabah" səfərdə "Şamaxı"nın qonağı olub. Görüş Bakı klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qonaqların heyətində hər iki qolu Coy Lens Mikels vurub. Meydan sahiblərinin heyətində isə Dioqu Balau fərqlənib.
Günün digər matçında "Turan Tovuz" evdə "Araz-Naxçıvan"ı qəbul edəcək. Görüş saat 19:30-da başlayacaq.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" səfərdə "İmişli" ilə qolsuz heç-heçə edib, "Qarabağ" evdə "Sumqayıt"a 0:1, "Kəpəz" "Karvan-Yexlax"a 2:3 hesabı ilə uduzub. Tura avqustun 25-də keçiriləcək "Qəbələ" - "Zirə" matçı ilə yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə