“Çelsi”nin futbolçusu Kristofer Nkunku İngiltərənin başqa komandasına keçə bilər. SİA-nın məlumatına görə, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
“Aston Villa” hücumçu ilə maraqlanır.
27 yaşlı forvardı Almaniyanın “Bavariya” və “Leyptsiq” komandaları da heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Nkunku ötən mövsün “Çelsi” forması ilə 48 oyuna 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “zadəganlar”la müqaviləsi 2029-cu ilin yayınadək qüvvədədir.
Bütün xəbərlər Facebook səhifəmizdə