“Bayer Leverkuzen” doğma meydanda gözlənilmədən uduzub

Futbol üzrə Almaniya çempionatının - Bundesliqanın 2025-2026-cı il mövsümünün birinci turu çərçivəsində daha beş görüş keçirilib.

SİA xəbər verir ki, sonuncu mövsümü ikinci sırada başa vuran “Bayer Leverkuzen” doğma meydanda gözlənilmədən “Hoffenhaym”a məğlub olub - 1:2. Çempionatın üçüncüsü “Ayntraxt Frankfurt” komandası “Verder Bremen”ə böyük hesabla qalib gəlib - 4:1.

“Frayburq” öz meydanında “Auqsburq”a, “Haydenhaym” isə “Volfsburq”a eyni hesabla uduzub - 1:3.

Paytaxt təmsilçisi “Union Berlin” isə “Ştutqart”ı 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Günə “St Pauli” - “Borussiya Dortmund” oyunu ilə yekun vurulacaq.

Bundesliqanın 1-ci turu çərçivəsində sabah “Maynts 05” - “Köln” və “Mönxenqladbax” - “Hamburq” görüşləri keçiriləcək.

Xatırladaq ki, Bundesliqanın açılış matçında “Bavariya” ev oyununda “Leyptsiq”i 6:0 hesabı ilə darmadağın edib.

Bütün xəbərlər Facebook səhifəmizdə