“Futbolçular əla oyun nümayiş etdirdilər”.
SIA xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlmələri barədə jurnalistlərə açıqlamasında deyib.
O, komandası ilə qürur duyduğunu bildirib: “Həm səfərdə, həm də Bakıda əla oynadıq. Çox yaxşı komandamız var. “Şkendiya” üzərində qələbə bütün Azərbaycanın qalibiyyəti oldu. Ümid edirəm ki, Liqa mərhələsinə vəsiqə qazanacağıq və burada “Liverpul” və PSJ kimi məşhur klubları qəbul edəcəyik”.
Qeyd edək ki, “Qarabağ” “Şkendiya”nı iki oyunun nəticəsinə əsasən 6:1 hesabı ilə məğlub edərək pley-offa vəsiqə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə