Belçika millisinin futbolçusu “Arsenal”dan ayrılacağını açıqlayıb

Belçika millisinin futbolçusu Leandro Trossard bu yay İngiltərənin “Arsenal” komandasından ayrılacağını açıqlayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə 30 yaşlı vinger BBC Sport-a açıqlamasında deyib. Onun London klubu ilə hazırkı müqaviləsi 2026-cı ildə başa çatmalıdır.

Futbolçu 2023-cü ildən Premyer Liqa təmsilçisində çıxış edir.

Qeyd edək ki, Leandro Trossard “Arsenal”ın heyətində 124 oyunda 28 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə