Azərbaycanda II dərəcəli güləş hakimlərinin sayı 8-ə çatıb. Federasiyadan SİA-ya verilən məlumata görə, İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatında ölkəmizi təmsil edən Kənan Hacıəliyev və Sevinc Yusibova Dünya Güləş Birliyi tərəfindən təşkil olunan imtahanlardan uğurla keçiblər.
Onlar beynəlxalq kateqoriyalarını artıraraq II dərəcəyə yüksəliblər.
Bununla da ümumilikdə 8 azərbaycanlı hakim II kateqoriyaya yüksəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə