Renatın komandası səfərdə xal itirdi

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib. SİA xəbər verir ki, onun çıxış etdiyi “Motor” Ekstraklasanın 4-cü turunda “Lexiya”nın qonağı olub.

Qarşılaşma 3:3 hesabıyla başa çatıb. Renat 80-ci dəqiqədə meydana buraxılıb. Dadaşovun komandası 4 turdan sonra 4 xalla 13-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə