Futzal üzrə Azərbaycan çempionu "Araz-Naxçıvan" növbəti transferini həyata keçirib. Bu barədə SİA-ya Naxçıvan təmsilçisinin vitse-prezidenti Mahmud Sadıqov məlumat verib.
Naxçıvan təmsilçisi "stolb" mövqeyində çıxış edən Alleks Rezende Da Silva ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, futzalçının son klubu Polşa təmsilçisi "Qlivitse" olub.
Bütün xəbərlər Facebook səhifəmizdə