Azərbaycan çempionu növbəti transferini həyata keçirib

11 Avqust 2025 12:10 (UTC+04:00)

Futzal üzrə Azərbaycan çempionu "Araz-Naxçıvan" növbəti transferini həyata keçirib. Bu barədə SİA-ya Naxçıvan təmsilçisinin vitse-prezidenti Mahmud Sadıqov məlumat verib.

Naxçıvan təmsilçisi "stolb" mövqeyində çıxış edən Alleks Rezende Da Silva ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, futzalçının son klubu Polşa təmsilçisi "Qlivitse" olub.