Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndələri Bakıda görüşlər keçiriblər - FOTOLAR
Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndələri təcrübə mübadiləsi çərçivəsində mayın 12-dən 16-dək Bakıda görüşlər keçiriblər. SİA Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qonaqlar səfər çərçivəsində idman qurumlarında görüşlər keçirib, məşqçi hazırlığı və idman təhsili sahəsində fikir mübadiləsi aparıblar.
Azərbaycan Cüdo Federasiyasında keçirilən görüşdə “Məşqçilərin təhsilində federasiyanın rolu”, Azərbaycan Gimnastika Federasiyasında isə “Məşqçilik sistemi ilə bağlı təqdimat” mövzusu müzakirə edilib. Səfər Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında davam etdirilib və burada “Məşqçi təlimində proqramlaşdırma sistemi” mövzusunda fikir mübadiləsi aparılıb. Daha sonra Azərbaycan Voleybol Federasiyasında “Məşqçilik təcrübə prosesi və sertifikatlaşdırma”, Azərbaycan İdman Akademiyasında isə “Məşqçilik ixtisası üzrə təhsil proqramı” mövzuları ətrafında müzakirələr aparılıb.
Səfər çərçivəsində nümayəndələr həmçinin Heydər Əliyev Mərkəzini və Hərbi Qənimətlər Parkını ziyarət ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə