Azərbaycanın 20 yaşadək iki güləşçisi İranın Behşehr şəhərində keçirilən “Necad Haşimi kuboku” turnirində medal qazanıb. Bu barədə SİA-ya Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
İlk yarış günündə sərbəst güləş üzrə 57, 65, 74, 86 və 97 kq-da qaliblər müəyyənləşib.
7 ölkə idmançılarının mübarizə apardığı ənənəvi turnirin ilk günündə Azərbaycanın U-20 milli komandasının 2 üzvü fəxri kürsüyə qalxıb. Omar Gülməmmədov (74 kq) gümüş, Sədrəddin Həsənov (57 kq) isə bürünc medal qazanıb.
Vasif Bağırov, Hüseyn Hüseynov (hər ikisi 57 kq) və Məhəmməd Abbaszadə (86 kq) beşinci yerlə kifayətlənib.
Qeyd edək ki, bu gün 61, 70, 79, 92 və 125 kq-da medalçılar məlum olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə