Futbol üzrə Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarılıb. SİA xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətindən məlumat verilib.
Biletlərin qiymətləri yerlərdən asılı olaraq 3, 5, 10, 15, 20, 30 və 50 ("VIP Lounge") manatdır.
Mayın 31-də, saat 19:00-da başlayacaq “Qarabağ” – “Sabah” qarşılaşmasının biletlərini bu gündən etibarən "iticket.az" saytından, eləcə də Gənclik Mall, 28 Mall, Heydər Əliyev Sarayı, Köşk №1 (M.Rəsulzadə 3., Bakı), Köşk №2 (Bülbül pr. Nizami küç, Bakı), 1 saylı "ASAN xidmət”, 2 saylı "ASAN xidmət”, 3 saylı "ASAN xidmət", 4 saylı "ASAN xidmət” və 1 saylı Sumqayıt "ASAN xidmət" mərkəzlərindən əldə etmək mümkün olacaq.
Matçın keçiriləcəyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun kassalarında isə bilet satışı oyun günü həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə