16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi ilk dəfə Avropa çempionatının B divizionunda mübarizə aparacaq. Bu barədə SİA-ya Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
B divizionunun matçları avqustun 20-29-u aralığında Türkiyənin İstanbul şəhərində baş tutacaq.
Azərbaycan yığması B qrupunda İsveç, Niderland, Slovakiya və Lüksemburq millilərinə qarşı mübarizə aparacaq.
Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi komanda qrupda ilk oyununu avqustun 20-də İsveçə qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə