"Turan Tovuz" klubunun məşqçisi hakimləri təhqir etdiyi üçün cəzalanıb

AFFA İntizam Komitəsi "Turan Tovuz-2" komandasının baş məşqçisi Ruslan Məmmədov 5 oyunluq cəzalandırıb. SİA xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Mütəxəssis Əvəzedicilər liqasında "Neftçi-2" ilə oyun bitdikdən sonra hakimləri təhqir etdiyi üçün cəza ilə üzləşib.

Tovuz klubu 400 manat cərimələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə