Ronaldu və klubu yeni müqavilə ilə bağlı danışıqları dayandırıblar

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu və Səudiyyə Ərəbistanının "Əl Nəsr" klunu yeni müqavilə ilə bağlı danışıqları dayandırıblar. SİA xəbər verir ki, bu barədə İspaniyanın "Marca" nəşri məlumat yayıb.

Ölkə çempionatının 30-cu turunda "Əl-İttihad"la oyundan (2:3) sonra 40 hücumçunun davranışı klub rəhbərliyinin xoşuna gəlməyib. Final fitindən sonra meydanı tərk edən forvard jestlər edin və nəticədən narazılığını bildirib.

Qeyd edək ki, Ronaldunun hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir. Portuqaliyalə oyunçu 2023-cü ildən "Əl-Nəsr"də çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə