AFFA İntizam Komitəsi II Liqa klubunun baş məşqçisini daha beş oyunluq cəzalandırıb
AFFA İntizam Komitəsi II Liqada çıxış edən "Ağdaş"ın baş məşqçisi Ruslan Hüseynovu daha beş oyunluq cəzalandırıb. SİA-nın məlumatına görə, buna mütəxəssisin “Şahdağ Qusar”la oyunda hakimləri təhqir etməsi səbəb olub.
Onun cəzasının üzərinə daha beş matç əlavə edilib. Komitə aprelin 18-də də eyni səbəbdən baş məşqçini beş oyunluq cəzalandırmışdı.
"Şəmkir"in futbolçuları isə "Şimal"la qarşılaşma bitdikdən sonra paltardəyişmə otağının qapısını sındırıblar. Dəymiş ziyan "Şəmkir" klubu tərəfindən ödəniləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB