Azərbaycan Kubokunun yarımfinal oyununda azarkeş rekordu qeydə alınıb

"Sabah" və "Neftçi" komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda azarkeş rekordu qeydə alınıb. SİA "Sabah" klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmanı stadiondan 6600 azarkeş izləyib.

Bu, ölkə kubokunun 2024/2025 mövsmünündə ən yüksək göstəricidir.

Oyuna gələn tamaşaçılar arasında Azərbaycanla yanaşı, Polşa, Almaniya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, İndoneziya və Rusiya vətəndaşları da olub.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. İlk görüşdə 2:1 hesabı ilə qalib gələn "Sabah" finalda "Qarabağ"ın rəqibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə