Əvəzedicilər Liqasında çıxış edən iki klubun futbolçuları diskvalifikasiya olunub

Əvəzedicilər Liqasında çıxış edən iki klubun futbolçuları diskvalifikasiya olunub. SİA xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul edilib.

XXXI turun “Sabah-2” - “Səbail-2” matçı bitdikdən sonr meydan sahibi komandanın futbolçusu Əli Abbasov rəqibin ünvanına qıcıqlandırıcı və qeyri-etik hərəkət etdiyinə görə 2 oyun şərti olmaqla 3 oyun cəzalanıb, klub 200 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

“Səbail-2”nin futbolçusu Bəhram Köçərli isə hakimləri təhqir etdiyinə görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. Futbolçusunun hərəkətinə görə “Səbail-2” 300 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

Həmçinin “Sabah-2” Əsasnamənin tələbini pozduğuna görə daha 50 manat cərimələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə