III MDB Oyunları Azərbaycanın 7 bölgəsində təşkil olunacaq. SİA xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında bildirilib ki, "Hər qəlbdən bir qələbə!" şüarı altında keçiləcək III MDB Oyunlarına Azərbaycanın 7 bölgəsində-Gəncə, Qəbələ, Şəki, Yevlax, Xankəndi, Göygöl, Mingəçevir şəhərlərində təşkil olunacaq.
Açılış və bağlanış mərasimi isə Gəncə şəhər stadionunda baş tutacaq. Ümumilikdə 23 idman növü üzrə 12 idman obyektində yarışlar keçiriləcək. Oyunlarda 5500-ə yaxın iştirakçı gözlənilir.
Tədbirdə MDB ölkələri ilə yanaşı, digər ölkələrində dəvət olunması nəzərdə tutulur.
Müəllif: Xeyrənsə Piriyeva
Bütün xəbərlər Facebook səhifəmizdə