III MDB Oyunlarına həsr olunmuş ilk mətbuat konfransı keçirilib - FOTOLAR

Bu gün III MDB Oyunlarına həsr olunmuş ilk mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, Konfransda tədbirə hazırlıq mərhələsi haqqında media nümayəndələrinə ətraflı məlumat verilib. Qeyd olunub ki, Təşkilat Komitəsinin üzv qurumları, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə inzibati məsələlər, tədbir məkanlarının hazırlıq vəziyyətinə gətirilməsi, iştirakçıların akkreditasiyası, yerləşdirilməsi və digər məsələlər üzrə hazırlıq işləri davam etdirilir.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə