Azərbaycan yığması Avropa çempionatının II təsnifat mərhələsində iştirak edəcək

16 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının II təsnifat mərhələsində iştirak edəcək. Federasiyadan SİA-ya verilən məlumata görə, komanda yarışa ev sahibliyi edəcək İspaniyaya yola düşüb.

U-16 B qrupunda mübarizə aparacaq. Millinin rəqibləri meydan sahibi ilə yanaşı, Estoniya və Avstriya komandaları olacaq.

Yarışda Azərbaycan yığmasına Cahangir Seyed Abbasi rəhbərlik edəcək.

Qeyd edək ki, aprelin 25-27-si aralığında İspaniyada keçiriləcək qitə birinciliyinin II təsnifat mərhələsində 20 komanda 5 qrupda mübarizə aparacaq. Qruplarda ilk iki pillədə qərarlaşacaq kollektivlər, həmçinin üçüncü yeri tutacaq ən yaxşı iki komanda yarışın final mərhələsinə vəsiqə qazanacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə