"Sabah"ın hücumçusu Coy-Lens Mikelsin bu gün Misli Premyer Liqasının XXIX turunda "Kəpəz"a qarşı keçiriləcək matçda meydana çıxmayacağı dəqiqləşib. Bu barədə SİA-ya "bayquşlar"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.
30 yaşlı forvardın ümumi durumuna Maqnit Rezonans Tomoqrafiyası (MRT) müayinəsindən sonra aydınlıq gələcək.
Qeyd edək ki, Coy-Lens Mikels Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Neftçi"yə qarşı ilk oyununda ayağından zədə alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə