"Qalatasaray"ın ulduzu komandadan gedir?

"Qalatasaray"ın ulduzu "Antalyaspor"la oyundan sonra mətbuata maraqlı açıqlamalar edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, oyundan sonra ulduz futbolçu Viktor Osimhen maraqlı açıqlamalar edib.

O bildirib ki, məqsədimiz 5-ci ulduzdur və hər matçda buna nail olmağa çalışırıq. "Qalatasaray"ın nigeriyalı futbolçusu Viktor Osimhen bu mövsüm çempion olaraq 5-ci ulduzu qazanmağı hədəflədiklərini və hər matçda buna nail olmaq üçün mübarizə apardıqlarını bildirib. Transfer şayiələrinə aydınlıq gətirən 26 yaşlı oyunçu, "Əvvəllər açıq şəkildə dediyim kimi, mövsümün sonuna qədər bunlarla bağlı heç bir şey yoxdur. Mövsümün sonuna qədər buradayam və bu komandanın oyunçusuyam. Mövsümün sonunda baş məşqçi və prezidentlə danışacağıq. Hazırda bu kluba çox hörmət edirəm və sevirəm. Buradakı olduğuma görə də çox xoşbəxtəm", deyib.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə