Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirdə yarımfinal mərhələsinin görüşləri keçirilib. SİA xəbər verir ki, bu mərhələdə rinqə çıxan Azərbaycan millisinin 3 idmançısının hər biri qələbə qazanaraq finala vəsiqə əldə edib.
50 kiloqram çəkidə Tural Sarıyev Peter Lakatosla (Macarıstan) qarşılaşıb. O, rəqibini 5:0 (30:27, 29:28, 30:27, 30:25, 30:26) hesabı ilə məğlub edib. Sarıyev həlledici görüşdə Atilla Bernatla (Macarıstan) üz-üzə gələcək.
Məhəmmədəli Qasımzadə (60 kiloqram) Aksel Eqartdan (Uels) güclü olub. Boksçumuz 4:1 (29:28, 29:28, 29:28, 28:29, 39:27) hesabı ilə qələbə qazanıb. O, finalda Kruzito Kovaçsla (Macarıstan) döyüşəcək.
Əli Abdullayev (65 kiloqram) isə yarımfinalda Erik Suçiyə (Çexiya) qalib gəlib – 5:0 (29:28, 30:27, 30:26, 30:27, 30:27). Boksçumuz qızıl medal uğrunda Milan Petrimanla (Macarıstan) qüvvəsini sınayacaq.
Qeyd edək ki, final görüşləri bu gün keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə