“Araz-Naxçıvan” – “Şamaxı” oyunu qollu heç-heçə ilə yekunlaşıb

Futbol üzrə Misli Premyer Liqasında XXVII tura start verilib.

SIA xəbər verir ki, günün yeganə matçında “Araz-Naxçıvan” “Şamaxı”nı qəbul edib. “Liv Bona Dea Arena”da keçirilən oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Naxçıvan klubu 47 xalla 3-cü, “şirlər” isə 28 xalla 6-cı sıradadır. Matçı Rauf Cabarov idarə edib. Qeyd edək ki, turun digər oyunları martın 15-i və 16-da təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə