Qənirə Paşayevanın xatirəsinə həsr olunan beynəlxalq şahmat turniri start götürüb - FOTOLAR

Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş qadınlararası beynəlxalq şahmat turnirinin açılış mərasimi keçirilib. SİA xəbər verir ki, mərasimdə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Qarayev, millət vəkiləri, şahmatçılar və mətbuat nümayəndələri iştirak edib.

Mərasimdə öncə Dövlət Himni səsləndirilib daha sonra mərhum millət vəkili Qənirə Paşayevanın və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçəm şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə öncə Qənirə Paşayevaya həsr olunmuş video-çarx nümayiş etdirilib.

Mərasimdə çıxış edən millət vəkili Arzu Nağıyev bildirib ki, Qənirə xanım bütün Türk Dünyasının övladı olub: “Bu filmin ərsəyə gəlməsində bütün hər kəsə təşəkkür edirəm. Mən Qənirə xanımla eyni bölgədənəm. İlk 5 ildə birlikdə fəaliyyət göstərmişik. Dəfələrlə Qənirə xanımla Tovuz hadisələrində onunla çiyin-çiyinə çalışmışam. O tək Tovuz və Azərbaycan üçün deyil Türk Dünyası üçün çox önəmli ictimai xadim olub. Bu gün Qənirə xanımın əziz xatirəsinə həsr olunmuş şahmat turniri elə belə deyil. Onunla çiyin-çiyinə birlikdə olmuş millət vəkilləridə burdadır. Bu turnirdə iştirak edənlərə uğurlar arzu edirəm”.

AMətbuat Şurasının sədri Rəşad Məcid tədbir təşkilatçılarına minnətdarlığını bildirib: “Türkiyədə və s. digər dövlətlərə səfər etdiyim zaman Qənirə xanımı daim görmüşəm. Orada tanınmış insanlar Qənirə xanım haqqında necə ürəkdən danışırdılar. Fikrimcə, son illərdə Türk Dünyasında bu qədər tanınan ikinci bir insan yoxdur”.

Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan çıxışı zamanı bildirib ki, Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş tədbirdə iştirak etdiyi üçün qürurhissi keçirdir: “Türk Dünyası üçün böyük bir model olan insanı yad etmək hər birimizin borcudur. Bizim ölkəmiz tərəfindən də daim çox sevilir və hörmət edilir”.

Qənirə Paşayevanın anası Tehran xanım tədbir təşkilatçılarına təşəkkür edərək, öz minnətdarlığını bildirib.

Azərbaycan Faiq Qarayev bu bizim üçün böyük şərəfdir ki, turniri “Nəfəs” İctimai Birliyi ilə birlikdə həyata keçirdirik: “Biz səhər Qənirə xanımın dəfnini ziyarət etdik. Bu turniri daha yüksək səviyyəyə qaldırmaq üçün beynəlxalq səviyyədə keçirdik. Ona görə də Türk dilli ölkələrin şahmatçılarıda burada mübarizə aparır. Bu gün özbəkistanlı tanınmış qadın şahmatçı Nurgyul Salimovada burada iştirak edəcək”.

Rəsmi çıxışlardan sonra turnirin püşkatma mərsimi baş tutub.

Qeyd edək ki, turnir martın 6-dək davam edəcək.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə