Boksçularımız Budvada Dünya kuboku statuslu “Adriatik incisi”ndə mübarizə aparacaqlar

Martın 3-də Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri keçiriləcək.

Bu barədə SİA-ya Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Yarışda Azərbaycan millisi həm oğlanların, həm də qızların yarışda mübarizə aparacaq.

Yığmanın baş məşqçisi Elbrus Rzayevlə Ceyhun Abiyev turnirdə Bilalhəbaşi Nəzərov (51 kq), Zidan Hümbətov (54 kq) və Məhəmməd Cəfərova (+92 kq) şans verəcək.

Qız boksçuların mübarizəsində isə məşqçi Anar Baxışovun rəhbərliyi altında Banuçiçək Nəsirli (48 kq), Cəmilə Sultanlı (50 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) rinqə çıxacaq.

“Adriatik incisi”ndə Fərhad Rəhmanov hakimlər sırasında yer alacaq.

Qeyd edək ki, yarışa martın 2-də yollanacaq komanda ayın 10-da Bakıya dönəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə