Turun sonuncu oyununda "Şəki" qələbə qazanıb

Turun sonuncu oyununda "Şəki" qələbə qazanıb

Azərbaycan Basketbol Liqasında XV tura yekun vurulub.

SİA xəbər verir ki, günün sonuncu matçında "Şəki" "Lənkəran"ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 81:75.

"Şəki" B qrupunda 26 xalla ikinci, qonaqlar 18 xalla sonuncu - altıncı pillədə qərarlaşıb.

Qeyd edək ki, XV turun daha əvvəl baş tutan görüşlərində “Neftçi” “Abşeron”u 80:56, "Ordu" "Quba"nı 103:68, “Gəncə” “Sumqayıt”ı 90:81, “Sərhədçi” NTD-ni 84:83, "Naxçıvan" isə "Sabah"ı 85:82 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə