Meksikalı dünya çempionu tualetdə ölü tapıldı! SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Bodibildinq" üzrə dünya çempionu Qrişall Disner Mexikoda tualetdə ölü tapılıb. Disnerin bədənində iki güllə yarasının olduğu bildirilib. Sərxoş olduğu iddia edilən Disner tualetə getmək üçün bardakı masasından qalxıb, az sonra isə silah səsləri eşidilib. O, İnstaqram və TikTok-da məşq videoları yayımlayırdı.
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə