Azərbaycanda stend atıcılığı üzrə beynəlxalq hakimlik kursları keçirilir.
SİA xəbər verir ki, tədbir Bakı Atıcılıq Mərkəzində təşkil olunub.
Kurslar Beynəlxalq Atıcılıq İdmanı Federasiyası (ISSF) və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə keçirilir. Dairəvi və səngər stendi üzrə keçirilən təlimlər martın 2-dək davam edəcək.
Hakimlər 2025-ci il üçün təsdiqlənmiş ISSF qaydaları ilə yaxından tanış olub, həm nəzəri seminarlar, həm də praktiki məşğələlərdə iştirak edirlər. Kursun sonunda hakimlər imtahan verərək beynəlxalq sertifikat əldə edəcəklər
Bütün xəbərlər Facebook səhifəmizdə