“Bu akademiyanın açılması bizə yalnız müsbət nəticələr qazandıracaq” - Vaqif Sadıqov açıqladı

“Cənab Prezident tərəfindən daim idmana və idmançılarımızı xüsusi diqqət və qayğı göstərilir”.

Bunu SİA-ya AFFA-nın sabiq vitse-prezidenti Vaqif Sadıqov deyib.

O, cənab Prezident İlham Əliyevin İspaniyanın “Barselona” klubunun prezidentini qəbul etməsinə və Azərbaycanda bu klubun akademiyasının yaradılmasına münasibət bildirib.

Sadıqov vurğulayıb ki, ölkə başçısının “Barselona” klubunun prezidenti Xuan Laportanı qəbul etməsi ilə bir daha da onu sübut etdi ki, dövlətimiz tərəfindən futbola xüsusi diqqət ayrılır: “Bundan sonra ən vacib məsələ cənab Prezidentin etimadını doğrultmaqdır. Hər birimiz bunun üçün əlimizdən gələni etməliyik. “Barselona” klubunun akademiyasının ölkəmizdə açılması futbolun inkışafına böyük təkan verəcək. Dünyaca məşhur bu cür köklü klubun futbol akademiyasının sırf bizim ölkəmizdə yaradılması təsadüfi hal deyil. Bu akademiyanın fəaliyyətindən bizə yalnız müsbət nəticələr verəcək”.

Onun sözlərinə görə, uşaq futbolumuzunda inkişafı baxımından bu addımı böyük qiymətləndirmək lazımdır: “AFFA-nın yeni strategiya planında da uşaq futbolunun inkişafına yönəlmiş bir sıra istiqamətlər qeyd olunub. Hansı ki, yeni mərkəzlərin açılması və s. “Barselona”nın məşqçilərinin, nümayəndələrinin və futbol siyasətinin ölkəmizdə var olması ölkə idmanı üçün əvəzsiz xeyri olacaq”.

O bildirib ki, bu məqamda “Barcelona”nın öz maraqlarıda var: “Belə ki, akademiyanın nəznində olacaq yaxşı futbolçularımızı Avropaya göndərərək onların profesionalıqlarının artmasına, təcrübə qazanmalarına səbəb olacaq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə