Azərbaycan Kubokunda son 21 ilin rekordu təkrarlanıb

Azərbaycan Kubokunda son 21 ilin rekordu təkrarlanıb

Azərbaycan Kubokunda son 21 ilin rekordu təkrarlanıb.

SİA xəbər verir ki, Peşəkar Futbol Liqasın məlumat yayıb.

Bu, cari mövsümədək 1/4 final səddini adlaya bilməyən “Sabah” və “Araz-Naxçıvan”ın yarımfinala vəsiqə qazanması ilə reallaşıb.

Komandalar kubok tarixində ən yaxşı nəticələrinə imza atıblar.

Bir mövsümdə iki klubun ilk yarımfinalına çıxması son 21 ilin rekordunun təkrarıdır. 2022/2023 mövsümündə də indiki kimi iki komanda ilkə imza atıb. Həmin vaxt “Səbail”lə “Turan Tovuz” fərqlənib.

Daha çox komandanın yarımfinala yeni ad olmasına sonuncu dəfə 2004/2005 mövsümündə təsadüf olunub. Həmin vaxt “MKT-Araz”, “İnter” və “Xəzər Lənkəran” ilk dəfə yarımfinala adlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə