Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt” – “Sabah” oyunu hər iki komanda üçün əlamətdar olub.
SİA xəbər verir ki, Sumqayıtdakı cavab görüşündə 4:0 hesablı qələbə qazanan Bakı klubu kubokda özünün ən böyükhesablı səfər qalibiyyətini alıb.
Bunadək paytaxt təmsilçisinin səfərdə ən çox fərqlə qalib gəlməsi 2018/19 mövsümünün “Ağsu” ilə görüşünə təsadüf etmişdi – 3:0.
“Sumqayıt” isə kubokda ən ağır ev məğlubiyyətini alıb. Bunadək iki dəfə üç top fərqi ilə uduzan komanda 2015/16 mövsümündə 1:4, bir il sonra 2:5 hesabına üzülüb. Hər iki matçda rəqib “Qarabağ” olub.
Bütün xəbərlər Facebook səhifəmizdə