“Hakimlərin qərarlarının çoxu Kosovanın xeyrinə idi” - Tahir Baxşıyev açıqladı
“Oyundan öncədə demişdim ki, şanslar 50/50-dir”. SİA xəbər verir ki, bunu Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Tahir Baxşıyev deyib.
O, komandasının DÇ-2027 seçmə mərhələsində Kosovo ilə (79:81) səfər matçını dəyərləndirib.
Təcrübəli mütəxəssisin sözlərinə görə, basketbolçularımız sonadək mübarizə aparıblar: “Bu matçı qazana bilərdik. Ancaq alınmadı. Mən heç vaxt hakimlər barədə xoşum gəlmirdi nəsə deyim. Ancaq bu oyunda hakimlərin qərarlarının çoxu Ksovoya tərəf idi. Bu da bizə çox çətinlik yaradırdı. Ancaq buna baxmayaraq oyunçularımız çox yaxşı oynadılar. Çox qazanmaq istəyirdik bu oyunu ancaq alınmadı”.
Qeyd edək ki, yığmamız seçmə mərhələdə son oyununu fevralın 23-də Bakıda İrlandiyaya qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə