Azərbaycan taekvondoçuları daha 2 medal qazanıblar

Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Fujairah Open”də Azərbaycan taekvondoçuları daha 2 medal qazanıblar.

SİA xəbər verir ki, kiçikyaşlılar arasında yarışda “Mübariz” taekvondo klubunun təmsilçisi Malikəjdər Qalabəyov (36 kq) gümüş mükafata yiyələnib.

“Asiman” taekvondo klubunun yetirməsi Fateh Sultanlı (40 kq) isə bürünc medala layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə