"Mən də Azərbaycana gəlməyə qərar verdim - Cimmi Nikols

“Bu liqaya və kluba qoşulmaq üçün fürsət yarandı və mən də Azərbaycana gəlməyə qərar verdim". SİA xəbər verir ki, bunu “Sərhədçi”nin yeni transferi Cimmi Nikolsun kluba açıqlamasında deyib.

O bildirib ki, məşqçiləri və meneceri kluba keçidi çox rahat şəkildə həll ediblər: "Bu ölkə ABŞ-dən fərqlənsə də, mən bəyəndim. Yeni yeməklər sınadım və çox dadlı idi. Basketbola diqqət yetirirəm, buna görə də heç bir şikayətim yoxdur”.

ABŞ-lı basketbolçu ABL-in 14-cü turunda “Neftçi”yə 82:67 hesablı məğlubiyyətdən də danışıb: “Biz yaxşı komandayıq və mövsümü dəyişmək üçün potensialımız var. Bunu hiss edirik. “Neftçi” ilə oyunda anladıq ki, cərimə atışlarımız lazımi səviyyədə deyil və bu həmin matçın taleyini həll edən önəmli hissə idi. Biz məşq edəcəyik və oyunlarda yaxşı nəticə qazanmağa çalışacağıq. Hər kəslə rahat rəqabət apara biləcək heyətə sahibik. Birlikdə çox yaxşı oyunlar çıxaracağıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə