"Onlar öz peşə borclarını düzgün şəkildə yerinə yetirə bilmirsə,..." - Sabiq güləşçi TƏNQİD ETDİ

"Mənim tanıdığım bir neçə məktəb var ki, orada keçmişdə idmanla məşğul olmuş insanlar dərs keçir". Bunu SİA-ya Azərbaycan millisinin sabiq güləşçisi Taleh Məmmədov deyib.

O, ölkəmizdə fəaliyyət göstərən məktəblərdə idman dərslərinə olan marağın az olmasına eyni zamanda müəllimlər tərəfindən bu dərslərə göstərilən diqqətsizlikdən söz açıb.

Məmmədovun sözlərinə görə, həmin təhsil ocaqlarında məşqlərin keçirildiyini eyni zamanda əhval-ruhiyyənin yüksək olduğunun şahidi olmuşam: "Elə məktəblərdə var ki, orada idmana olan həvəs azdır. Bununda səbəbi odur ki, müəllim savadsızdır buna görə də dərs keçmir. Bu halla qarşılşamamışam. Amma çox eşitmişəm ki, idman müəllimləri dərslərə üstünlük vermirlər. Təbii ki, idman dərsləri keçirilməlidir. Yeniyetmələrimizin, gənclərimizin sağlam ruhda böyüməsi üçün idman çox lazımdır. İdman müəllimləri əgər işlərində səhlənkarlıq edirlərsə buna birbaşa nəzarət olunmalıdır. Çünki onlar öz peşə borclarını düzgün şəkildə yerinə yetirə bilmirsə, onların yerinə idman savadı və həvəsi olan müəllimlər gətirilməlidir. Belə olduğu halda da bizim balalarımız daha çox güvənli əllərdə olarlar".

Sabiq güləşçinin sözlərinə görə, məktəblər idmanın təbliğ edilməsi üçün tanınmış idmançılarımızla görüşlər keçirməlidir: "Bunun üçün də məktəb direktorları dəvət etməlidir. Həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən belə tədbirlər təşkil olunmalıdır. Xeyli sayda bizdə idmançılar var. Onlar hərəsi ayda 1-2 dəfə məktəblərə getsə bu da uşaqlar üçün böyük motivasiya olar. İdmançılarımız bu ölkənin bayrağı və adı üçün çalışırıq. Buna görə də onların idmana olan sevgisi başqa olur. Savadsız idmançı cəmiyyət üçün faydasız hesab olunur. İnsan idmanla məşğul olanda sağlam olur. Ölkəmizin təməli sağlam gənclərin əlindədir. Dərs oxuyanlar siyasi tərəfdən, idmançılarımız isə güc tərəfdən bayrağımıza xidmət edir".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə