"Hər başlanğıc edən ölkənin belə problemləri olur" - Baş məşqçi AÇIQLADI
"Bizim qadın basketbolumuz təxminən 2 il bundan öncə yaranıb". Bunu SİA-ya qadın basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Evren Alkaya deyib.
O, millimizin Avro-2025-in seçmə mərhələsindəki çıxışını şərh edib.
Türkiyəli mütəxəsiss digər heyətdə yaşlı basketbolçular çoxluq təşkil etdiyi üçün yeri yaradılan heyətdə toplaşan basketbolçuların yeniyetmə və gənclərdən ibarət olduğunu vurğulayıb: "Ona görə də heyətdə dəyişikliklər etdik. Bu istiqamətdə də bir çox işlər görürük. Daimi olaraq qızlarla üzərimizdə çalışırıq. Bizim komandamızın yaşı çox azdır. Bu mərhələdə oynamaq üçün çox çalışmalıyıq. Ancaq bir şəkildə başlamalı idik. Biz bunun nəticəsini 5 il sonra görəcəyik. Bu qızlar 21-22 yaşlarına gəldikləri zaman çox ciddi şəkildə basketbol oynayacaqlar. Hər başlanğıc edən ölkənin belə problemləri olur. Çünki gənclərlə çalışırıq. 40 yaşındakı idmançılarla bu nəticəni alsaydıq böyük problem olardı".
Onun sözlərinə görə, bu komanda da olan idmançılarımızın 17-18 yaşları var: "Başlanğıc olaraq çox çətin yerdən start vermişik. Buradakı nəticələrin heç bir önəmi yoxdur. Bura qatılmaq, gənclərimizə bu həyəcanı yaşatmaq, çətinlikləri görmək lazım idi. Uzun boylu idmançı baxımından əksikliklərimiz var. Qızlarımız çox yaxşı mübarizə aparırlar. Özümüzə görə heçdə pis deyilik. Hazırlıqlarımız davam edir".
Qeyd edək ki, millimiz sonuncu dəfə Polşaya 34:88 hesabı ilə uduzub.
Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə