"Heç bir qayda pozuntusu baş verməyib" - AYDINLIQ GƏTİRİLDİ

"Azərbaycan çempionatında bu gün 1/4 final mərhələsi başlayır". Bunu SİA-ya şahmat üzrə beynəlxalq dərəcəli hakim Lütfiyar Rüstəmov deyib.

O, Bakıda baş tutan şahmat üzrə Azərbaycan çempionatı barədə danışıb.

Rüstəmovun sözlərinə görə, ilk dəfə Azərbaycanın məşhur şahmatçıları bir yarışda iştirak edirlər. Həmçinin ilk çempionatdır ki, burada olimpiya sistemindən yəni “nakut”dan istifadə olundu. Bu sistemin üstünlüyü ondan ibarətdir ki, burada rəqibə əyani olaraq qalib gəlməlisən. Heç bir başqa oyunçuların nəticəsi səni maraqlandırmır. Ancaq sən öz nəticənlə burada nəsə etməlisən. Bu sistem şahmatçılar sadəcə açıq mübarizəyə girməyə sövq edir. Burada digər sistemlərdə olduğu kimi əlavə heç-heçələrə yer yoxdur. O bildirdi ki, mütləq qalib gəlməlisən. Şahmatçılarla apardığımız sorğu nəticəsində belə görünür ki, onlarında marağına səbəb olmuşdu. Tamaşaçıların bu sistem çox maraqlı gəlir. Çünki biz burda əsl mübarizəyə şahid oluruq. Bu günə olan sensasion xəbər 1/8 finalda itkiyə məruz qalan güclü şahmaçılarımız Nicat Abbasov, Eltac səfərli oldu. Bu böyük də sensasiya deyil. Çünki bizim digər şahmatçılarımızda var ki, onlar dünyada öz sözlərini deyəcəklər. Dünyada onları tanıyırlar. Hər bir nəticə gözlənilən idi. Yarış zamanı heç bir qanunauyğunsuzluq olmayıb. Bizim şahmatçılarımız dünyada ən qayda-qanuna əməl edən şahmatçılardır. Ona görə də qeyri-etik hal baş verib, qarşılıqlı hörmətlə yarışımız davam edib".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə