“Qəbələni azarkeşlərimizə həsr edirik”. SİA xəbər verir ki, “Gəncə"nin baş məşqçisi Halil Atlı “Ordu” ilə oyundan sonra fikirlərini klubun mətbuat xidmətinə bildirib.
Mütəxəssis bildirib ki, oyunun əvvəlindən sonuna kimi bizi dəstəklədilər: “Biz də onlar üçün oynayırıq. Kubokda yolumuza davam etməyə layiqik. Mübarizə davam edir. Ən yaxşı nəticəyə imza atmağa çalışacağıq. Komandaya inanıram. Baskebolçulara təşəkkür edirəm. Rotasiya edib oynadıq. Qarşıda "Ordu" ilə daha bir oyunumuz var. Bu dəfə çempionatda üz-üzə gələcəyik. Həmin görüşə hazırıq, qələbə qazanıb yolumuza davam etmək istəyirik".
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə