Tofiq Bəhramovun 100 illiyi münasibətilə yubiley poçt markaları buraxılıb

Azərbaycanın əfsanəvi futbol hakimi Tofiq Bəhramovun 100 illiyi münasibətilə yubiley poçt markaları dövriyyəyə buraxılıb. SİA xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Milli assosiasiyanın təşəbbüsü ilə “Azərpoçt” MMC tərəfindən hazırlanan yeni filateliya məhsulu 3 markadan ibarət blok şəklindədir. Burada Tofiq Bəhramovun portreti, eləcə də hakimin fəaliyyətindən olan fotoları yer alıb.

Həmçinin AFFA-nın xüsusi sifarişi ilə ölkədə ilk dəfə futbol dünyasının əsas elementi sayılan futbol formalarını əks etdirən markalardan ibarət buklet də hazırlanıb.

Markaların poçt dövriyyəsinə buraxılma günü də xüsusi olaraq Tofiq Bəhramovun doğum günü - 29 yanvar tarixi seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə