“Bakını və mənə qucaq açıb qarşılayan komanda yoldaşlarımı sevirəm”. SİA xəbər verir ki, bunu “Quba”nın yeni transferi Jalen Reynolds klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Amerikalı mərkəz hecumçusu bildirib ki, artıq yeni komandasına adaptasiya olub: “Quba”ya keçidim yaxşı və rahat oldu. Bu mənim legioner həyatı yaşadığım ilk klubdur və ABŞ-dən fərqlidir. Amma düşünürəm ki, buna öyrəşəcəm. Bütün diqqətimi Bakıdakı tapşırığa yönəltmişəm, “Quba”ya xeyir vermək istəyirəm. Növbəti turda “Gəncə” ilə matçda debüt edə bilərəm. Həmin oyunu səbirsizliklə gözləyirəm. Komandaya kömək olmağa çalışacam”.
Qeyd edək ki, Reynolds son mövsümü ölkəsində “Southern Jaguars" klubunda keçirib. 201 sm boya malik basketbolçu artıq "Quba"nın məşqlərinə qoşulub
Bütün xəbərlər Facebook səhifəmizdə