“Bununla bağlı xəbərləri məndə oxudum”. Bunu SİA-ya Azərbaycan millisinin sabiq cüdoçusu Rüstəm Orucov deyib.
O, Fransanda keçirilən Paris-2024 Yay Olimpiya Oyunlarında verilən medalların keyfiyyətsiz olmasına və bununla bağlı bir sıra idmançıların etiraz etməsinə münasibət bildirib.
Orucov vurğulayıb ki, bu hal onu olduqca məyus edib: “Pis oldum ki, bu cür şey baş verib. Çünki idmançılar indi medallarını dəyişməlidilər. Təsəvvür edin ki, hər bir idmançının karyerasında böyük anlam kəsb edən yarışda qazandığı medalı geri qaytarır. Təbii ki, belə olanda artıq o medal öz mənasını itirir. Məndə də 2016-ci ildə Rioda keçirilən Olimpiyada da əldə etdiyim medalın üzərində müəyyən ləkələr yaranıb. Amma mən o medal qapqara olsa da, yenə dəyişmərəm. Heç vaxt verib, təzəsini almaram. Ümid edirəm ki, gələn Olimpiyada da belə hallar baş verməz. Daha yaxşı və qəşəng medallar hazırlayarlar”.
Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə